QHT və partiyaların pulu artırıldı

QHT və partiyaların pulu artırıldı
  28 Noyabr 2014    Oxunub:2076
Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov çıxış edib.

AzVision.az-ın məlumatına görə, nazir bildirib ki, deputatların büdcə müzakirələri zamanı səsləndirdiyi təkliflər nəzərdən keçirilib və bəzi sahələrə ayrılan vəsait artırılıb.

S.Şərifov qeyd edib ki, 2005-ci ilin dövlət büdcəsindən elm xərcləri üçün ayrılan vəsait artırılıb. Belə ki, elm xərcləri üçün 142 milyon 457 min manat nəzərdə tutulmuşdusa, hökumət tərəfindən qərar verilib ki, bu məbləğ 8 milyon məbləğində artırılıb.

Siyasi partiyalara ayrılan vəsait də artırılıb. Belə ki, 2014-cü ilin dövlət büdcəsindən 250 min manat qalmışdı və bu məbləğ partiyalar arasında bölüşdürülməmişdi. Qərara alınıb ki, həmin vəsait 2015-ci ili dövlət büdcəsinə əlavə oluna və partiyalar arasında bölünə bilər.

Samir Şərifovun sözlərinə görə, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait də artırılıb. Bildirib ki, deputatların fikirləri əsas götürülərək QHT-lərə ayrılan vəsait 600 min manat artırılıb.

Nazir bildirib ki, bələdiyyələrə nəzərdə tutulan dotasiyaların artırılması ilə bağlı deputatlar təkliflər irəli sürüb. Bir neçə ilə ərzində bələdiyylərin ayrılan vəsaitin icrası qənaətbəxş deyil. Maksimal icra faizi 89 təşkil edib. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi idi. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı deyil. Bələdiyyələr daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlir əldə etsinlər. Bununla da bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaq”.

Nazir onu da bildirib ki, Milli Məclis və onun Aparatının saxlanılması üçün 2015-ci il üzrə xərclər 450 min manat artırılaraq 23 milyon 807 min manat olub.

Qeyd edək ki, iclasda müzakirlərdən sonra 2015- cilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin səs verməsi keçirilib və qəbul edilib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti