QHT-lər arasında atıcılıq çempionatı keçiriləcək

QHT-lər arasında atıcılıq çempionatı keçiriləcək
  04 May 2016    Oxunub:4518
Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 5 may 2016-cı il, saat 10:00-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “QHT-lər arasında atıcılıq çempionatı” təşkil edəcək. Çempionata 10 QHT komandası qatılacaq.

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir. Çempionatın qaliblərinin mükafatlandırılması mərasimində Şura sədri, millət vəkili Azay Quliyev və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak edəcəklər.

Mükafatlandırma mərasimindən sonra Azay Quliyev və Xaləddin İsgəndərovun iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçiriləcək. Görüşə cənab prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Naxçıvana edilən I və II tur tanışlıq səfərinin iştirakçısı olmuş şagirdlər də qatılacaq.

Ünvan: Bakı Atıcılıq Mərkəzi, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 3d.
Telefon: (+994) 12 5112359.
Çempionatın Təşkilat Komitəsinin əlaqə telefonu: (+994) 50 359 89 86.




Teqlər:  





Xəbər lenti