Putinlə bağlı sensasion iddia

Putinlə bağlı sensasion iddia
  23 Oktyabr 2014    Oxunub:2257
Rusiya prezidenti vladimir Putin 2008-ci ildə Polşaya Ukraynanı bölmək barədə təklif edib.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Almaniya mətbuatı çıxış edib.

Almaniyanın N-TV telakanalının internet səhifəsində yer alan məlumatda bildirilir ki, Putin Polşanın sabiq baş naziri Donald Tuska Ukraynanı bölüşdürmək barədə təklif irəli sürüb. Belə ki, baş nazir 2008-ci ildə Moskvaya səfər edərkən Putinlə görüşüb. Mətbuata bağlı keçirilən görüşdə Putin Tuska deyib ki, Ukrayna əslində süni yaradılmış bir dövlətdir və Lemberq şəhəri Polşaya aiddir.

Tusk isə Putinin Ukraynanı bölüşdürmək təklifinə heç bir cavab verməyib.

Polşa və Rusiya hökumətləri hələlik bununla bağlı heç bir açıqlama verməyib.


Teqlər:





Xəbər lenti