Putinin qızı Hollandiyadan qovula bilər

Putinin qızı Hollandiyadan qovula bilər
  24 İyul 2014    Oxunub:1822
Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin Ukrayna səmasında rusiyapərəst qüvvələr tərəfindən vurulması nəticəsində 190 Hollandiya vətəndaşının həlak olması bu Avropa ölkəsində kəskin hiddət hissi doğurub.
Hollandiyada Rusiyaya münasibət kəskin dəyişib. Hollandiya şəhərlərindən birinin meri isə daha da irəli gedərək Rusiya prezidenti Vladimir Putinin qızını Hollandiyadan qovmağa çağırıb.

Virtualaz.org saytı “The Guardian”a istinadən xəbər verir ki, söhbət Mariya Putinadan gedir. Nəşrin yazdığına görə, deportasiya olunması tələb edilən Mariya Putina Hollandiya təbəəsi olan sevgilisi ilə Vorsxoten şəhərində yaşayır.

Putinin qızını ölkədən qovmaq tələbi ilə isə Hilversum şəhərinin meri Piter Broertesdir. Mer bu tələbini iyulun 23-də “Radio 1” radiosstansiyasına müsahibəsi zamanı dilə gətirib.


Teqlər:  





Xəbər lenti