Putinin azərbaycanlı müəllimi vəfat etdi

Putinin azərbaycanlı müəllimi vəfat etdi
  02 Mart 2015    Oxunub:2812
Moskva tanınmış azərbaycanlı hüquqşünas, akademik Cahangir Kərimov dünyasını dəyişib.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov ömrünün 92-ci ilində vəfat edib.

Akademiklə vida mərasimi Rusiya paytaxtında keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Rusiyanın görkəmli elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. 1942-ci ildə Bakıda hərbi məktəbi bitirdikdən sonra Böyük Vətən Müharibəsində yollanıb. 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub.

Akademik Cahangir Kərimov hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. O, 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.

Onu da qeyd edək ki, Cahangir Kərimov Rusiya prezidenti Vladimir Putinin müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.

(Apa)


Teqlər:





Xəbər lenti