Putinin FİFA ittihamına ABŞ-dan сavab

Putinin FİFA ittihamına  ABŞ-dan сavab
  29 May 2015    Oxunub:1747
FİFA-da yaşanan korrupsiya qalmaqalının və bu səbəbdən bir neçə federasiya rəsmisinin həbsinin Rusiya ilə heç bir əlaqəsi yoxdu. Bunu ABŞ-ın Rusiyadakı səfirliyi prezident Putinin ittihamlarına cavab olaraq bildirib. Qeyd edək ki, Putin məlum olayın Rusiyaya qarşı yönəldiyini iddia edir. Putinin fikrincə, məqsəd Rusiyanın Dünya Çempionatına ev sahibliyi ilə bağlı FİFA-nın məlum qərarını ləğv etməkdir.

Səfirlik bildirir ki, həbs edilənlər arasında ruslar yoxdur. Üstəlik FİFA-ya ünvanlanan əsas ittihamlar qurumun Şimali və Cənubi Amerikada keçirilən yarışlara görə rüşvət alması ilə bağlıdır: «Artıq FİFA-nın məmurlarından bir neçəsi təqsirini etiraf edib. Bu təhqiqatın 2018-ci ildə Dünya Çempionatına ev sahibliyi edəcək Rusiyaya heç bir aidiyyəti yoxdur. ABŞ Ədliyyə Nazirliyinin bu hadisələrlə bağlı yaydığı məlumatın heç bir yerində Rusiyanın adı keçmir».


Teqlər:





Xəbər lenti