Putinin reytinqi artıb - 81,8%

Putinin reytinqi artıb - 81,8%
  28 Oktyabr 2016    Oxunub:1424
Rusiya prezidenti Vladimir Putin və Rusiya hökumətinin reytinqinin aşağı düşməsi prosesi dayanıb. Sentyabr və oktyabr ayında Rusiya Dövlət Dumasının və Federasiya Şurasının reytinqi artıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin keçirdiyi sorğu göndərib.

Reytinqə əsasən prezidentin fəaliyyətini dəstəkləyənlərin sayı oktyabrda avqust ayına nisbətən 78,7 faizdən 81,8%-ə çatıb. Hökumətin işlərini dəstəkləyənlərin də sayı 53,6-dan 58,3%-ə yüksəldib.

Xatırladaq ki, 2015-ci ilin oktyabrından başlayaraq Putinin reytinqi azalan xətlə inkişaf edirdi. Həmin vaxt bu rəqəm rekord həddə - 88%-ə çatırdı. Ötən ilin fevralında Putinin fəaliyyətini əhalinin 86%-i dəstəkləyib.. Avqust ayında isə bu rəqəm 78,7 %-ə bərabər olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti