Putindən Türkiyəyə qarşı sərt addım - Qadağalar başladı

Putindən Türkiyəyə qarşı sərt addım - Qadağalar başladı
  29 Noyabr 2015    Oxunub:6454
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən Türkiyədən Rusiyaya müəyyən malların gətirilməsinə qadağa və ya məhdudiyyət qoyulur. Qadağa və məhdudiyyətlər, həmçinin türk şirkətlərinin fəaliyyətinə və Türkiyə vətəndaşlarının işə götürülməsinə də aiddir.

İmzalanmış fərmanda V.Putin Türkiyə ilə vizasız rejim haqqında sazişin qüvvəsinin 2016-cı il yanvarın 1-dən etibarən birtərəfli qaydada dayandırılmasına qərar verib.

Sənəddə digər iqtisadi tədbirlər də nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti