Putin və Ərdoğanın görüşəcəyi yer və tarix bilindi

Putin və Ərdoğanın görüşəcəyi yer və tarix bilindi
  29 İyun 2016    Oxunub:2596
Türkiyə və Rusiya prezidentləri rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüş yeri və vaxtı məlum olub.
Bu barədə AzVision.az Türkiyənin “Milliyət” nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 4-5-də Çində keçiriləcək.
Qeyd edək ki, həmin günlərdə Çində `G20` sammiti keçiriləcək.

Xatırladaq ki, Prezidentlərin son görüşü də ötən ilin noyabr ayında Antalyada keçirilən `G20` sammitində baş tutmuşdu.

Kremlin mətbuata katibi Dmitri Peskov isə Rusiya və Türkiyə prezidentləri arasında görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcəyini deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti