Putin və Ərdoğanın 40 dəqiqəlik söhbəti - Yenilənib

Putin və Ərdoğanın 40 dəqiqəlik söhbəti - Yenilənib
  29 İyun 2016    Oxunub:16635
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

AzVision.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasında mənbə “Habertürk” ə bildirib ki, tərəflər arasında 40 dəqiqə sürən telefon danışığı məhsuldar və pozitiv keçib.

Dövlət başçıları iki ölkə arasında mövcud əlaqələrin bərpasında maraqlı olduqlarını ifadə ediblər.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd olunub ki, Kreml və Türkiyə prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayacaq.

**

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı başlayıb.

AzVision.az"RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitriy Peskov deyib. O, telefon danışığının başladığını və hazırda davam etdiyini bildirib.

Xəbərə görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsu ilə keçirilir.

“Cumhuriyet” qəzetinin yaydığı xəbərə görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlərin son vəziyyəti və gələcəyini eyni zamanda İstanbulda Atatürk Hava Limanında törədilən terror aktı barədə danışacaqlar.

Qeyd edək ki, V.Putin telefon danışığı zamanı R.T.Ərdoğana dünən Atatürk hava limanında baş verən terror hadisəsi ilə bağlı başsağlığı da verib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti