Putin məhkəməyə verildi - Korrupsiya ittihamı

Putin məhkəməyə verildi - Korrupsiya ittihamı
  11 Fevral 2016    Oxunub:3271
Rusiyalı müxalifətçi Aleksey Navalnı prezident Vladimir Putini məhkəməyə verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Navalnı Putini korrupsiyaya qarşı federal qanunu pozmaqda ittiham edib.

Navalnının fikrincə, Putin 2015-ci ilin oktyabrında milli rifah fondundan “Sibir” neft-kimya holdinqinə 1 milyard 750 milyon dollar ayırıb.

Məlumatlara görə, adıçəkilən holdinqin səhmdarlarından biri Putinin qızı olduğu güman edilən Katerina Tixonovanın həyat yoldaşı Kirill Şamalovdur.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnı tərəfindən qaldırılan iddiadan prezident xəbərsizdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti