Putin erməniləri təşvişə saldı

Putin erməniləri təşvişə saldı
  23 İyul 2014    Oxunub:716
Erməni şərhçi: “Ya Putin tamamilə başını itirib, ya da ki...”
Rusiya Milli Təhlükəsizlik Şurasında çıxış edən Vladimir Putin İrəvanda böyük narahatlığa səbəb olub.

Erməni mətbuatı Rusiya prezidentinin suverenlik və milli təhlükəsizlik barədə çıxışında bir sıra “qəribə bəyanatlar” aşkarlayıb. Konkret olaraq, Putinin Rusiyanın suverenliyinin əsasında “heç bir alyansa daxil olmaması”nın durduğunu söyləməsi erməniləri narahat edib.

Rusiya prezidenti deyib ki, hər hansı alyansa daxil olan istənilən ölkə öz suverenliyinin bir hissəsini verir və bu, heç də həmişə ölkənin maraqlarını əks etdirmir.

Erməni şərhçi Naira Ayrumyan isə xatırladır ki, Rusiya ən azı iki alyansın - Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.

“Qəfildən Putin bəyan edir ki, Rusiya alyansların üzvü deyil. Ya Putin tamamilə başını itirib, ya da ki, KTMT-nin ləğvi barədə fərman verməyə hazırlaşır”,- deyə, Naira Ayrumyan ehtimal edib.

Əslində, normal məntiqi olan Ermənistan vətəndaşı bundan qorxmalıdır. Çünki bütün Ermənistan, o cümlədən prezident Serj Sarkisyan təhlükəsizliklə bağlı bütün ümidlərini KTMT-yə bağlayıb. Təsadüfi deyil ki, Argentinada səfəri zamanı yerli mətbuata müsahibəsi zamanı Serj Sarkisyanı çox narahat edən bir sual vermişdilər ki, erməniləri Qarabağı işğal etməsinə cavab olaraq Azərbaycan İrəvanı tutarsa nə edərsiniz?

Ermənistan prezidenti yetərincə ciddi mətbu orqana cavab olaraq Azərbaycana mane ola biləcəklərini iddia etməmişdi. Sadəcə, əsas ümidlərini KTMT üzrə əsas tərəfdaşları Rusiyanın müdafiəsinə bağladıqlarını demişdi:

“İnanıram ki, strateji tərəfdaşımız bizim belə vəziyyətə düşməyimizə imkan verməz”.(ans)


Teqlər:





Xəbər lenti