Putin dünyaya meydan oxudu

Putin dünyaya meydan oxudu
  30 Avqust 2014    Oxunub:3103
`Rusiyanın hansısa münaqişəyə qoşulmaq və ona hazırlaşmaq kimi bir niyyəti yoxdur, lakin o, istənilən təcavüzü dəf etməyə hazırdır`.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bildirib.

Putinin sözlərinə görə, hazırda Rusiya ilə hər hansı bir münaqişəyə girmək heç kimin ağlından belə keçmir: "Rusiya hansısa irimiqyaslı münaqişələrdə iştirak etmək fikrindən uzaqdır. Biz bunu istəmirik, bunu etməyə hazırlaşmırıq".

Eyni zamanda Rusiya prezidenti bildirib ki, ölkəsi ən güclü nüvə dövlətlərindən biridir: `Təbii ki, biz Rusiyaya qarşı istənilən təcavüzü dəf etməyə həmişə hazır olmuşuq, bizim tərəfdaşlarımız onların dövlətlərinin hansı vəziyyətdə olması və hansı xarici siyasi konsepsiyanı tutmasından asılı olmayaraq həmişə dərk etməlidirlər ki, bizimlə yaxşı olar ki, baş-başa gəlməsinlər! Düşünürəm ki, bu gün Rusiya ilə irimiqyaslı münaqişəyə girmək heç kimin ağlından belə keçmir`.


Teqlər:  





Xəbər lenti