Putin də Ərdoğanın dəvətini yerə saldı

Putin də Ərdoğanın dəvətini yerə saldı
  28 Avqust 2014    Oxunub:2922
Rusiya prezidenti Vladimir Putin Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.
AzVision.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Rusiyanı andiçmə mərasimində Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.

Qeyd edək ki, Ərdoğanın andiçmə mərasimində İranı xarici işlər naziri Cavad Zərif, Gürcüstanı baş nazir İrakli Qaribaşvili, Ermənistanı xarici işlər naziri Eduard Nalbandyan, Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edəcək.

Obamanı isə Ərdoğanın andiçmə mərasimində ABŞ-ın Ankara səfirliyinin məsləhətçisi Cess Beyl əvəz edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti