Putin Zori Balayanı "Drujba" medalına layiq bilmədi

Putin Zori Balayanı "Drujba" medalına layiq bilmədi
  22 Dekabr 2014    Oxunub:5538
Rusiya prezidenti Vladimir Putinin əmri ilə “Drujba” medalı almış erməni siyasətçilərin sırasında Qarabağ müharibəsinin əsas səbəbkarlarından biri, cəllad-həkim Zori Balayanın olmaması Ermənistanda heyrət doğurub.

Medal alanların sırasında Qarabağda dinc azərbaycanlılara divan tutmaqla ad çıxarmış Ermine Naqdalyan da var. Ermənistanda əhalini evlərindən güclə çıxararaq yerində obyekt tikdirməklə öz cəllad fəaliyyətini davam etdirən cəllad-siyasətçi ölkəsini Rusiyanın müstəmləkəsinə çevirmək üçün də çox zəhmət çəkib.

Bu məntiqlə Vladimir Putin Zori Balayanı da mükafatlandırmalı idi. Zori Balayan da Qarabağda azərbayjanlılara divan tutub və hətta öz cəlladlıq təcrübəsini “Ruhumuzun dirçəlişi” kitabında geniş təsvir edib. Məsələn, dostu Xaçaturla saniyəölçəni birləşdirərək dərisini diri-diri soyduqları azərbaycanlı uşağının ürəyinin neçə dəqiqədən sonra dayanacağını yoxlayıblar. Zori Balayan Ermənistanı yenidən Rusiyanın müstəmləkəsinə çevirmək üçün də çox iş görüb. Bunun üçün hətta Vladimir Putinə məktub da yazıb.

Ermənistanın “Lragir” portalı Zori Balayanın siyahıdan kənarda qalmasını şərh edərək Putini anlayışla qarşılayıb: “O, hamıya medal paylaya bilməz ki? Özü də istəyən “layiqlilər” yetərincədir. İndi minlərlə erməni “qəhrəman” sovet vaxtı kolbasa növbəsinə duran kimi, Rusiyaya dostluq növbəsindən bir-birinin nəfəsini kəsir”. (Ans)


Teqlər:





Xəbər lenti