Putin Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

Putin Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
  01 İyul 2016    Oxunub:1763
Rusiyada Türkiyəyə turpaket satışına qoyulan məhdudiyyətlər ləğv edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, hökumətə iki ölkə arasında çarter reyslərinin bərpa edilməsi məsələləri ilə məşğul olmaq tapşırılıb. Bundan əlavə, Rusiya Nazirlər Kabineti Türkiyə tərəfi ilə iki ölkə arasında xarici iqtisadi əlaqələrə dair danışıqlar aparmalıdır.

Fərman dərc edildiyi gündən qüvvəyə minəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti