Putin Qərbə meydan oxudu

Putin Qərbə meydan oxudu
  02 Oktyabr 2014    Oxunub:2333
Rusiya prezidenti Vladimir Putin Qərbin tətbiq etdiyi sanskiyalara yenidən münasibət bildirib.
AzVision.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, Putin bu sanskiyaların haqsızlıq olduğunu deyib və qeyd edib ki, bu çətinliklərə baxmayaraq Rusiya iqtisadiyyatı bundan sonra da inkişaf edcək:

“Bu vəziyyət bizim üçün canlanma deməkdir. İlk olaraq Latın Amerika ölkələri, Çin və Hindistan kimi ölkələrlə əlaqələri daha da gücləndirib iqtisadi əməkdaşlıq qurmaq lazımdır”.

Putin vurğulayıb ki, Rusiyanın daxili bazarı çox böyükdür. Həmçinin o, Çinlə quracaqları iqtisadi əlaqələrdə öz valyutalarından istifadə edəcəklərini diqqətə çatdırıb. Prezident tezliklə milli ödəniş sisteminin də yaradılacağını bəyan edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti