Putin Poroşenkoya ultimatum verdi

Putin Poroşenkoya ultimatum verdi
  27 Noyabr 2014    Oxunub:1982
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenkoya ultimatum verib.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən məlumat verir ki, ötən gün axşam saatlarında prezidentlər arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Putin Ukraynadan “Donetsk və Luqansk Xalq Respublika”larını tanımağı və NATO və Avropa ittifaqına üzvlükdən imtina etməyi tələb dib. Poroşenko bu tələbləri rədd edəcəyi təqdirdə isə Rusiya Ukrayna üzərinə hücuma keçəcək.

Məlumata əsasən Putin və Poroşenko arasında baş verən telefon danışığı Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovun iştirakı ilə baş tutub və 1,5 saat çəkib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti