Putin Permyakovu ermənilərə vermədi

Putin Permyakovu ermənilərə vermədi
  03 Mart 2015    Oxunub:2219
Ermənistan parlamentinin “İrs” partiyasından olan deputatı Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktuba cavab alıb.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, məktubun bir nüsxəsi Rusiya prokuroru Yuri Çaykaya da göndərilib.

Rusiya Baş Prokurorluğunun erməni deputata göndərdiyi məktubda Valeri Permyakovun Rusiya vətəndaşı olduğu üçün erməni tərəfinə təhvil verilə bilinməyəcəyi aydın şəkildə vurğulanıb.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti