Putin Obamaya məktub yolladı

Putin Obamaya məktub yolladı
  04 Avqust 2015    Oxunub:1966
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obamaya ad günü münasibətilə təbrik məktubu göndərib.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

`Təbrik teleqramı ABŞ prezidentinə göndərilib... Vaxt fərqini nəzərə alsaq proses hələ də davam edir`, - deyə Peskov vurğulayıb.

Çərşənbə axşamı Rusiya prezidentinin qrafikində hər iki liderin telefonla danışması nəzərdə tutulmayıb.

Hər iki prezidentin sonuncu telefon danışığı iyulun 16-ı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyət və İranla əldə olunan nüvə razılaşmasını müzakirə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti