Putin Marqvelaşvili ilə kritik görüşə hazırdır

Putin Marqvelaşvili ilə kritik görüşə hazırdır
  21 Oktyabr 2014    Oxunub:1941
Rusiya prezidenti Vladimir Putin Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşməyə hazırdır.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Gürcüstan tərəfindən müvafiq siyasi iradə olmalıdır. Prezident öz sözünü deməlidir. Putin aydın şəkildə bildirib ki, Gürcüstandan siqnal olacağı təqdirdə görüş baş tuta bilər”, -deyə Peskov vurğulayıb.

Qeyd edək ki, oktyabrın -19-u Gürcüstan prezidentinin sabiq müşaviri Vano Maçavariani bəyan edib ki, Prezident Administrasiyasında Marqvelaşvili-Putin görüşünə hazırlıq işi aparılıb, lakin bu görüş ölkə hökuməti tərəfindən dəstəklənmədiyi üçün baş tutmayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti