Putin İlham Əliyevlə görüşəcək

Putin İlham Əliyevlə görüşəcək
  22 Sentyabr 2014    Oxunub:1859
Rusiya prezidentin Vladimir Putin sentyabrın 29-da Həştərxanda keçiriləcək IV Xəzər sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

Rusiya lideri azərbaycanlı həmkarı ilə yanaşı, İran, Qazaxıstan və Türkmənistan prezidentləri ilə də görüşəcək.

“Xəzər dənizi ölkələrinin 2010-cu ildə sonuncu dəfə Bakıda keçirilən görüşündə qəbul edilən məsələlərin həlli əsas müzakirə mövzusu olacaq. Görüş zamanı çoxşaxəli sənədlərin imzalanması da gözlənilir”, – deyə Kremlin yaydığı bəyanatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti