Putin Əsədə zəng etdi - Kritik müzakirə

Putin Əsədə zəng etdi - Kritik müzakirə
  20 Oktyabr 2016    Oxunub:1930
Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Telefon danışığı zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub”, - deyə Peskov qeyd edib.

Danışıq Berlində keçirilən Ukrayna üzrə “Normand dördlüyü”nün görüşündən əvvəl baş tutub.

Qeyd edək ki, görüş çərçivəsində Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland və Vladimir Putin Suriyadakı vəziyyəti müzakirə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti