Putin Ərdoğanla görüşdən imtina etdi

Putin Ərdoğanla görüşdən imtina etdi
  05 Fevral 2016    Oxunub:3054
Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla əlaqə yaratmayıb və bundan sonra da belə bir görüş planlaşdırılmır.
AzVision.az `İnterfax`-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən ilin noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Hətta Rusiya birtərəfli qaydada Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Bu insidentdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Putinlə dəfələrlə görüşməyə dair təşəbbüs göstərsə də, Rusiya lideri hər dəfə bundan imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti