Putin ABŞ-da çıxış etməyə hazırlaşır

Putin ABŞ-da çıxış etməyə hazırlaşır
  31 Mart 2015    Oxunub:2815
Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasının açılışında çıxış etməyi planlaşdırılır.
Bu barədə AzVision.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, səfər hələ ki hazırlıq mərhələsindədir, lakin bu barədə son qərar yalnız avqust ayının əvvəlində olacaq. Yekun qərar həmin vaxt “beynəlxalq vəziyyət”dən asılı olacaq.

Rusiya prezidentinin mətbuat xidmətin rəhbəri Dmitriy Peskov Putinin BMT-də mümkün çıxışı haqqında məlumatı təsdiq edib: “Bununla bağlı yekun qərar qəbul edilməyib”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti