Putin Təhlükəsizlik Şurasını topladı

Putin Təhlükəsizlik Şurasını topladı
  21 Oktyabr 2016    Oxunub:2067
Rusiya prezidenti Vladimir Putin Təhülkəsizlik Şurasının üzvləri ilə Berlində “Normand dördlüyü” ölkələrinin Ukrayna üzrə danışıqlarının yekunlarını müzakirə edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Təhlükəsizlik Şurasının daimi üzvlərini bu yaxınlarda Berlində baş tutan “Normand dördlüyü” formatında keçirilən, həmçinin Almaniya kansleri və Fransa prezidenti ilə müzakirə olunan Suriya məsələləri haqqında məlumatlandırıb”, - deyə Peskov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti