Putin Kim Çen Ina qarşı sanksiya tətbiq edir

Putin Kim Çen Ina qarşı sanksiya tətbiq edir
  21 Fevral 2017    Oxunub:3724
Rusiyanın Xarici İşlər Nazirliyi prezidentin Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdiriləcəyinə dair fərmanın layihəsini hazırlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni sanksiyaların tətbiqi nüvə sınaqları keçirməsinə cavab olaraq Şimali Koreyaya qarşı bir sıra məhdudiyyətləri nəzərdə tutan BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi ilə əlaqədardır.

Fərman layihəsində tibb sahəsində mübadilə istisna olmaqla, Şimali Koreyanın ayrı-ayrı şəxsləri və ya təşkilatları ilə istənilən elmi-texniki əməkdaşlığa son qoymaq nəzərdə tutulur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti