Püşkatmasının vaxtı məlum oldu

Püşkatmasının vaxtı məlum oldu
  03 Oktyabr 2015    Oxunub:1821
Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
AzVision.az Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, 7 oktyabr saat 12:00-da AFFA-nın inzibati binasında reallaşacaq püşkatma mərasimində 19 komanda iştirak edəcək. Turnirdə Premyer Liqanın 10 komandası ilə yanaşı, I Divizionun 9 klubu da qüvvəsini sınayacaq.

Premyer Liqada çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”

I Divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”.


Teqlər:





Xəbər lenti