Pula görə qolları kəsilən oğlandan xəbər var

Pula görə qolları kəsilən oğlandan xəbər var
  30 Noyabr 2015    Oxunub:8155
Xəbər verdiyimiz kimi, ötən gün Zaqatala rayonunda dəhşətli hadisə baş verib. 26 yaşlı Bəşirov Vüsal Vahid oğlunun müəmmalı şəkildə qolları kəsilib. Gənc ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan AzVision.az-a verilən məlumata görə, V.Bəşirovun hazırda vəziyyəti normaldır.

“Vüsal Bəşirov xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti normal qiymətləndirlir. Xəstə komadan ayılıb. Danışa bilir, özünü nisbətən yaxşı hiss edir. Xəstənin hal-hazırda həyati təhlükəsi yoxdur. Onun sağalması üçün biz əlimizdən gələni edirik”.

Qeyd edək ki, hadisə sırağagün axşam saatlarında baş verib. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan, 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək naiyəsindən tamamilə kəsilib.

Zərərçəkənin atası Vahid Bəşirov isə mətbuata açıqlamasında övladının pul borcunun olduğunu və məhz bu səbəbdən qollarının kəsildiyini bildirib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.



Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti