Pul yığan direktorlar işdən çıxarılacaq

Pul yığan direktorlar işdən çıxarılacaq
  02 Oktyabr 2014    Oxunub:3188
Təhsil Nazirliyi “Müəllimlər günü” ilə bağlı pul yığılması haqda yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlik sözçüsü Cəsarət Valehov AzVision.az-a açıqlamasında bildirib ki, "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır:

“Təhsil Nazirliyinin mövqeyi belədir ki,bununla bağlı anonim olmadan(adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı qaynar xəttimizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Təhsil həm də cəmiyyətin işidir!”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti