Prokurorluq əməkdaşı beynəlxalq tədbirdə

Prokurorluq əməkdaşı beynəlxalq tədbirdə
  31 May 2016    Oxunub:1130
Rumıniyanın paytaxtı Buxarest şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) İşçi Qrupunun “Səhiyyə sistemində korrupsiya – preventiv tədbirlər və istintaq, ən yaxşı təcrübələr və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə təşkilata üzv ölkələrin səhiyyə sistemində korrupsiyanın qarşısının alınması üçün görülmüş qabaqlayıcı tədbirlər, bu sahədə dövlət satınalmalarının həyata keçirilməsi zamanı baş verən korrupsiya hüquqpozmalarının araşdırılması üsulları və mübarizə mexanizmləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycanı təmsil edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İsfəndiyar Hacıyev çıxış edərək ölkədə korrupsiya qarşı mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını vurğulamaqla səhiyyə sistemində korrupsiyanın qarşısının alınması məqsədi ilə həyata keçirilən hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti