Professor gənclərlə görüşüb

Professor gənclərlə görüşüb
  16 Sentyabr 2014    Oxunub:1731
"VEKTOR" Beynəlxalq Elm Mərkəzinin təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Elçin İskəndərzadə “İstedadlı Gənc və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin fəalları ilə görüşüb.

“İstedadlı Gənc və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Elşad Barat giriş sözü ilə tədbir iştirakçılarına yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O, bildirib ki, E. İskəndərzadənin yazdığı əsərlər milli olduğu qədər də, bəşəridir.

Görüşdə Professor Elçin İskəndərzadə gənclərə öz yaradıcılıq fəaliyyətindən söhbət açıb, həyat yolundakı uğurlarını gənclərlə bölüşüb, həmçinin, həyat və yaradıcıllığı haqqındakı sualları cavablandırıb.



Tədbirin ikinci hissəsi professor E. İskəndərzadənin 50 illik yubleyinə həsr edilib.

Samir Aslan


Teqlər:





Xəbər lenti