Prezidentlərin yeni görüşü Parisdə baş tuta bilər

Prezidentlərin yeni görüşü Parisdə baş tuta bilər
  29 İyun 2016    Oxunub:2592
"Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır".

AzVision.az `RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla Parisdə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni görüşü keçirməyə hazır olduğunu bildirib: "Biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan və Ermənistandan olan həmkarları ilə apardığı danışıqların yekunu barədə məlumatlandırdı. Mən bir daha xatırlatdım ki, Parisdə yeni müzakirələrə ev sahibliyi etməyə hazırıq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti