Prezidentlərin görüşü, Lavrovun İrəvana apardığı təklif...

Prezidentlərin görüşü, Lavrovun İrəvana apardığı təklif...
  27 Noyabr 2015    Oxunub:3163
“Lavrovun Bakı və İrəvan səfərləri ilə bağlı Mövlud Çavuşoğluna ətraflı məlumat vermişəm”

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə jurnalistlər üçün keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Rusiya Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluğu aradan qaldırmaq istəyir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərlə çıxış edib. Təkliflər Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfəri zamanı təqdim edilib”, -deyə XİN rəhbəri qeyd edib.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən söz açan Məmmədyarov bildirib ki, həmsədirlər prezidentlərin bu ilin sonuna qədər görüşünün təşkil edilməsini istəyir.

“Biz bu sahədə işləyirik və ola bilsin ki, ilin sonuna qədər, ayın sonunda prezidentlərin görüşü keçirilsin”, - deyə Məmmədyarov bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti