Prezidentlər özləri ilə pul gəzdirirmi?

Prezidentlər özləri ilə pul gəzdirirmi?
  20 Oktyabr 2014    Oxunub:10327
ABŞ-da prezident Barak Obamanın kredit kartı restoranda təsdiqdən keçməyəndən sonra bir çoxu sual edib: ABŞ dövlət başçıları öz pullarından tez-tez istifadə edirlərmi?

BBC bu sualın cavabını araşdırıb. Çoxu deyir ki, kraliça II Yelizaveta özü ilə pul gəzdirmir. Görünür, onun amerikalı həmkarı da öz portmanatından o qədər istifadə etmir.

Barak Obama demişdi ki, ötən ay o, Nyu-Yorkdakı restoranda hesabı ödəməyə cəhd edəndə bankın təhlükəsizlik sistemi bunu şübhəli hesab edərək ödənişi təsdiq etməyib.

"Görünür ki, mən ondan kifayət qədər istifadə etmirəm" - deyə Obama bildirib.

Prezident olarkən Bill Klinton da bu cür problemlə üzləşmişdi.

1995-ci ildə "Amerika prezidenti" filmində baş rolda olan Maykl Duqlas gül almaq istəyir, amma ona deyirlər ki, onun kartları "digər şəxsi əşyalarla birlikdə anbarda saxlanılır".

Real həyatda Ağ Evdə yaşayanlar üçün də vəziyyət belədir.

Boston Universitetindən tarixçi Tomas Ualen deyir: "Onlara hər şey verilir - onlara pul heç lazım deyil". Lazım gəldikdə onu həmişə müşayiət edən Gizli Xidmət agentləri ona borc verə bilərlər. John F Kennedy "hətta prezident olmazdan əvvəl də heç vaxt pul gəzdirmirdi. Onun dostları sadəcə onunla oturub-durmağın imtiyazına görə hər şeyin pulunu ödəyirdilər", Whalen deyir.

Digərləri daha əliaçıq olublar. 1992-ci ildə muzeydən oğurlanan George Washington-a məxsus portmanatda 1776-cı ildən 2/3 dollar banknotu və 1779-cu ildən $1 banknotu var idi. Abraham Lincoln öldürülən gün onun üstündə $5 banknotu var idi. 1984-cü ildə çəkilən fotolarda görmək olar ki, Ronal Reagan McDonalds restoranında $2.46-lıq Big Mac üçün $20 banknotu vermişdi. Ondan sonra prezident olan George HW Bush prezidentlə danışdığına inanmayan səkkiz yaşlı qıza bunu sübut etmək üçün öz kredit kartını göstərmişdi. 14 il bundan sonra isə onun oğlu George W Bush jurnalistə demişdi ki, cibində dəsmaldan başqa heç nə yoxdur.

İllik maaşı $400 000 olan (314 000 AZN) Prezident Barak Obama hər il əlavə $50 000 xərclik pulundan istifadə edə bilər. Onun bir neçə dəfə yemək üçün pul verməsi lentə alınıb. İyulda o, Texasdakı restoranda $300-dən çox olan hesabı kredit kartı ilə ödəyib (o, növbədə durmalı olmadı). Amma yaxşı ki, Nyu Yorkda ötən həftə onun kredit kartı işləməyəndə onun yoldaşı Michelle yanında idi və hesabı ödədi.

Xəbəri BBC Magazine Monitor hazırlayıb.


Teqlər:  





Xəbər lenti