Prezidentin nardaranlılarla zarafatı - VİDEO

Prezidentin nardaranlılarla zarafatı - VİDEO
  22 İyun 2016    Oxunub:59137
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün Bakının Nardaran qəsəbəsinə baş çəkib. Ölkə başçısı görüşdə sakinlərlə zarafat da edib.

Həmin dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Qaz, işıq, hər şey qaydasındadır?

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev: Hər şey qaydasındadır. Sərfiyyat 70 faiz aşağı düşüb. Tam ödəniş var. Çünki insanlara güzəşt olunur.

İlham Əliyev: Əvvəllər bir az ödəmirdilər. Bir az deyəndə yumşaq deyirəm.

Ağasəid Orucov: 42 milyon manat borc yığılmışdı.

Adil Vəliyev: Möhtərəm Prezident hamısını sildi.

İlham Əliyev: Onu sildik. Dedik ki, bunu silək, amma bundan sonra ödəyin.

Ağasəid Orucov: Daha olmayacaq. Çox sağ olun, təşəkkür edirik.

Adil Vəliyev: Sərfiyyat da 70 faiz aşağı düşüb. Qaz, su, işıq tam qaydasındadır.

Ağasəid Orucov: Çox yaxşıdır. Heç bir problem olmayacaq. Cənab Prezident, çıxışımda da qeyd etdim, həqiqətən bir problemimiz olmayıb. Daim işığımız, qazımız olub, çox sağ olun.



AzVision.az


Teqlər:  





Xəbər lenti