Prezidentin general rütbəsi verdiyi polislər kimlərdir?

Prezidentin general rütbəsi verdiyi polislər kimlərdir?
  30 İyun 2016    Oxunub:98295
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən polis polkovniki Zaur Natiq oğlu Abdullayevə və polis polkovniki Elçin Hidayət oğlu Həsənova polis general-mayoru ali xüsusi rütbəsi verilib.

AzVision.az-ın məlumatına görə, polis general-mayoru ali xüsusi rütbəsinə layiq görülən Zaur Abdullayev Əlahiddə Çevik Polis Alayının komandiridir.

O, bundan öncə Daxili Qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışıb.
General-mayor Elçin Həsənov isə Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisidir.
O, bu vəzifədən öncə Daxili İşlər Nazirliyinin Mətbəə Xidmətinin rəisi vəzifəsində çalışıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti