Prezidentin ailəsində özəl gün - FOTOLAR

Prezidentin ailəsində özəl gün - FOTOLAR
  03 Avqust 2015    Oxunub:46200
Azərbaycan pezidenti İlham Əliyevin oğlu Heydər Əliyev ötən gün ad gününü qeyd edib.

AzVision.az-ın məlumatına görə, ADA Universitetində təhsil alan H. Əliyev 19 yaşına qədəm qoyub.

Bu münasibətlə bacıları Leyla və Arzu Əliyeva sosial şəbəkələr vasitəsilə Heydər Əliyevi təbrik ediblər.

Leyla Əliyeva qardaşının ad günündə çəkilən fotonu paylaşaraq “Happy birthday Heydər Əliyev”- deyə qeyd edib.

Xatırladaq ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olub.

1997-ci il təvəllüdlü Heydər Əliyev akademiyada beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.

Bir müddət öncə jurnalistlərə müsahibə verən H.Əliyev oxuduğu ali təhsil müəssisəsində qiymətlərinin yaxşı olduğunu bildirmişdi.

Qeyd edək ki, Heydər Əliyev 1997-ci il 2 avqust tarixində dünyaya gəlib.





Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti