Prezidentin 1 ili - RƏQƏMLƏR

Prezidentin 1 ili - RƏQƏMLƏR
  20 Oktyabr 2014    Oxunub:3307
Bir il əvvəl – 2013-ü ilin oktyabrında Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 7–ci rəsmi seçkilərdə İlham Əliyev 3-cü dəfə bu vəzifəyə seçildi. Ayın 20-də isə prezidentin inauqurasiyası keçirildi.

Dövlət başçısı 3.126.612 səs, yaxud seçicilərin 84.55%-nin səsini toplamışdı. Bu seçimin doğru olduğunu aradan keçən bir il də təsdiqləyir.

Aradan keçən bir ildə ümumi daxili məhsul 2,5 faiz artıb. Ölkənin qeyri-neft sektoru 6 faiz çoxalıb. İnflyasiya çox aşağı səviyyədə - 1,5 faiz qalıb, əhalinin pul gəlirləri isə 5,4 faiz çoxalıb.


Bir ildə ölkəyə 20 milyard dollardan çox sərmayə qoyulub. Maliyyə resurslarımız 4 milyard dollardan çox artıb. Bu gün bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var.

Bir ildə yüz mindən çox yeni iş yeri açılıb, ölkədə işsizlik hazırda 5 faiz səviyyəsindədir.

Bu müddətdə dünyanın aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqləri bir daha təsdiqlənmiş, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, 144 ölkə arasında 38-ci yerə yüksəlib.

Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin Bakıda təməlinin qoyulması kimi tarixi nailiyyətə imza atılıb. Ölkədə də bir sıra iri layihələr həyata keçirilib.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan xalqının bir il əvvəlki seçimi çox müdrik və tarixi seçim idi.

AzVision.az


Teqlər:





Xəbər lenti