Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir
  31 May 2016    Oxunub:1450
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Frayberqa (Latviyanın sabiq prezidenti) və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik ediblər.

AzVision.az-ın məlumatına görə, onların ünvanladığı məktubda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından təbrik edirik. Ölkənizə davamlı tərəqqi, uğurlar və sülh arzulayırıq. İcazə verin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə yarandığı vaxtdan göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildirək. Sizin himayəniz olmasaydı, Mərkəz bu gün dünyanın ən mühüm məsələlərini müzakirə edən aparıcı beynəlxalq platformalardan birinə çevrilməzdi. Cənab prezident, xahiş edirik, Sizə olan yüksək ehtiramımızı və xoş arzularımızı qəbul edin”.

İ. Əliyevi həmçinin Dominikan Respublikasının prezidenti Danilo Medina, Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqroyv, Əlcəzair prezidenti Əbdüləziz Buteflika, Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov və “Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin,Küveyt Dövlətinin vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbah, Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli, Estoniya Respublikasının Prezidenti Tomas Hendrik İlves,İran İslam Respublikasının Prezidenti Həsən Ruhani də təbrik ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti