Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir
  25 May 2016    Oxunub:1385
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Respublikasının böyük bayramı – Respublika günü münasibətilə təbriklərini çatdıran N. Nazarbayev Qazaxıstanın qardaş Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

" İki dövlət arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi buna sübutdur.

Qəti əminəm ki, ölkələrimiz arasında dostluğa və etimada əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm", - deyə Qazaxıstan lideri məktubunda qeyd edib.

Çili prezidenti Mişel Baçelet və İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadi də Respublika günü münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti