Prezidentə göstərilən hərbi texnikalar hansılardır? - FOTOLAR

Prezidentə göstərilən hərbi texnikalar hansılardır? - FOTOLAR
  24 Yanvar 2017    Oxunub:27957
Ötən gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Dövlət başçısına “N” hərbi hissədə yaradılan şərait və hərbi texnika barədə ətraflı məlumat verilib. Mərasimdə ölkə başçısına təqdim olunan hərbi texnikalar diqqət çəkib. Onların arasında yerli istehsal “Matador” və “Marauder” da nümayiş etdirilib.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, Azərbaycanda istehsal olunan “Matador” və “Marauder maşınları ilk dəfə geniş nümayiş etdirilirdi:

“Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi “Matador” və “Marauder”in istehsalına 2010-cu ildən başlanılıb. Birgə istehsal olunan bu maşınlar zirehli nəqliyyat vasitələri olaraq ən yüksək qorunmaya malikdir. Onlar tank əleyhinə minaların partlaması halında belə şəxsi heyəti qəlpələrdən və partlayışın təsirlərindən mühafizə edir.

“Matador” və “Marauder” şəxsi heyətin daşınması, yaralıların döyüş zonasından evakuasiya edilməsi üçün nəzərdə tutulub. Texnikalar 10-15 kiloqram TNT (tratil) partlayışına davam gətirir. Həmçinin yanlardan 155 mm çaplı top mərmilərinin partlayışı zamanı maşın aşmır və heyəti xəsarət almaqdan qoruyur. Balistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir.

“Matador” və “Marauder” "Samson" modulu ilə silahlandırılıb. Modul 14,5 və ya 12,7 mm pulemyot ilə təchiz olunub”.

R.Süleymanov xatırladıb ki, aprel döyüşlərində və ondan sonraki dönəmdə Müdafiə Nazirliyinin rəhbərliyinin ön xəttə gedərkən bu maşınlardan istifadə etməsi adıçəkilən maşınlara inamın yüksək olduğunu göstərir.

Hərbi ekspertn fikrincə, nümayiş olunan texnikalar arasında son illər aldıqlarımız üstünlük təşkil edib.

“Xüsusi Təyinatlı Qüvvələr üçün nəzərdə tutulan “Sand Cat” maşınları və Türkiyə istehsalı olan TR-300 Qasırğa raket komplekləri nümayiş olunub. Azərbaycanın 2016-cı ilin ortalarında İsraildən aldığı “Sand Cat” (Çöl pişiyi) maşınları "Samson MLS" döyüş modulu ilə silahlandırılıb. Modula bir ədəd 12,7 mm çaplı pulemyot və iki ədəd “Spike” tank əleyhinə raket daxildir. Həmin silahlar maşının içindən manitor vasitəsilə idarə olunur.

Həmçinin korpusun arsenalında olan özüyeriyən artileriya vasitələri, o cümlədən Silahlı Qüvvələrimizin Rusiyadan 2013-2016 cı illərdə aldığı BMP-3 piyada döyüş maşınları və BTR-82A zirehli transportyorı da yer alıb.

Azərbaycanda yerli müəssisədə İsrail ilə birgə modernizasiya edilmiş T-72SİM 1 "Aslan" tankları da nümayiş olunan texnikalar arasında idi”.











Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti