Prezidentdən qara rəngli maşınlara QADAĞA

Prezidentdən qara rəngli maşınlara QADAĞA
  29 Yanvar 2015    Oxunub:4010
Türkmənistan rəhbərliyi ölkəyə qara rəngli avtomobillərin idxal olunmasını qadağa edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumatda paytaxt Aşqabadda qara rəngli avtomobillərin texniki baxışdan keçirilməsinin dayandırıldığı bildirilir. Yanvarın ortalarında Türkmənistan KİV sahibkarlar tərəfindən ölkə ərazisinə gətirilən qara rəngli avtomobillərin gömrükdən keçirilməməsinə dair məlumatlar yaymışdılar.

Gömrük əməkdaşları öz hərəkətləriniz izah edə bilmirlər: “Ağ rəngli avtomobil alın, ağ rəng uğur gətirir”.

Qeyd edək ki, hələ 2014-cü ilin sentyabr ayında “RİA Novosti” Türkmənistan hakimiyyətindən olan mənbəyə istinadən xəbər vermişdi ki, ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov, ondan sonra isə nazirlər və rəsmilər ağ rəngli xidməti avtomobildən istifadə etməyə başlayıblar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti