Prezident yeni zavodun açılışında - FOTOLAR

Prezident yeni zavodun açılışında - FOTOLAR
  21 İyul 2014    Oxunub:1252
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən "Norm" sement zavodunun açılışında iştirak edib.
AzVision.az-ın məlumatına görə, müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan Prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə beş min ton klinker, ildə iki milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.
Dövlətimizin başçısı zavodu işə salıb və monitorda istehsal prosesinin gedişinə baxıb

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.

Qalereya




Teqlər:





Xəbər lenti