Prezident yeni silahlara baxdı - FOTOLAR (Yenilənib)

Prezident yeni silahlara baxdı - FOTOLAR (Yenilənib)
  27 Sentyabr 2016    Oxunub:15377
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baku Expo Mərkəzində keçirilən II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin (“ADEX-2016”) açılışında iştirak edib.
AzVision.az-ın xəbərinə görə, dövlət başçısı müxtəlif şirkətlərin məhsullarının nümayiş olunduğu stendlərə baş çəkib. Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına sərgi barədə məlumat verib.



Qeyd edək ki, “ADEX-2016” sərgisinə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti qatılıb. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən “ADEX-2016” sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş olunur.





AzVision.az


Teqlər:  





Xəbər lenti