Prezident və xanımı Praqaya getdi

Prezident və xanımı Praqaya getdi
  23 Aprel 2014    Oxunub:980
Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.

AzVision.az xəbər verir ki, mərasim başa çatandan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri - Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola düşüblər.

Qeyd edək ki, prezident İlham Əliyev Praqada aprelin 24-25-də “Şərq Tərəfdaşlığı” proqramımın 5-ci ildönümünə həsr edilən sammitdə iştirak edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti