Prezident və xanımı ISESCO-nun Konfransında

Prezident və xanımı ISESCO-nun Konfransında
  26 Noyabr 2015    Oxunub:2114
Bu gün Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər. Tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb. Dövlətimizin başçısı sessiyanın açılışında çıxış etdi.

Prezident İlham Əliyev onun Sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif olunduğunu bildirdi və yüksək dövlət mükafatını ona təqdim etdi. ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatı təqdim edildi. Daha sonra birgə foto çəkdirildi.

İSESKO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənəcək.

Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII baş konfransında quruma baş direktor seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Baş Konfrans hər üç ildən bir keçirilir. Onun işində təşkilata üzv dövlətlərin İSESKO səlahiyyətlərinə aid sahələrdə çalışan nazirləri iştirak edir. Əvvəlki görüş 2012-ci ildə Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı) keçirilib. Azərbaycan isə 1991-ci ildən İSESCO-nun üzvüdür.

Xatırladaq ki, konfrans çərçivəsində İSESCO-nun (Təhsil məsələləri üzrə İslam təşkilatı) İcraiyyə Şurasının 36-cı sessiyası da keçirilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti