Prezident təqaüdünü ən çox kimlər alır? - AÇIQLAMA

Prezident təqaüdünü ən çox kimlər alır? - AÇIQLAMA
  25 Noyabr 2014    Oxunub:2666
“Prezident təqaüdçülərinin 50 faizdən çoxu Bakı məktəblərinin məzunlarıdır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu abituriyentlərdən 25 nəfəri Azərbaycan Tibb Universitetinə, 22-si Dövlət İdarəçilik Akademiyasına, 21-i Azərbaycan Diplomatik Akademiyasına, 17-si Bakı Ali Neft Məktəbinə, 10-u Qafqaz Universitetinə, 3-ü Bakı Dövlət Universitetinə, 1-i Azərbaycan Dillər Universitetinə, 1-i Dövlət İqtisad Universitetinə, 1-i Naxçıvan Dövlət Universitetinə, 1-i isə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.

M.Abbaszadənin sözlərinə görə, prezident təqaüdçülərinin 50 faizdən çoxu Bakı məktəblərinin məzunlarıdır: “Ümumilikdə bu siyahıda 30 şəhər və rayonun məktəblərini bitirən məzunlar yer alıb. İlk “beşlik”də 54 nəfərlə 1-ci yeri Bakı, 2-ci yeri 10 nəfərlə Sumqayıt, 3-cü yeri 4 nəfərlə Bərdə, 4-cü yeri 3 nəfərlə Şəki rayonunun abituriyentləri tutub. Bu sıralamada Naxçıvan MR, Zaqatala, Biləsuvar, İsmayıllı və Ağdam məktəblərinin hər biri 2 nəfərlə 5-ci yeri bölüşürlər”,-deyə TQDK sədri əlavə edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti