Prezident təqaüdçüsü YAP-ın 700 mininci üzvü oldu

Prezident təqaüdçüsü YAP-ın 700 mininci üzvü oldu
  06 May 2016    Oxunub:8705
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 700 mininci üzvünə üzvlük vəsiqəsini təqdim edib.
AzVision.az-ın məlumatına görə, YAP-ın 700 mininci üzvü Azərbayan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Xatun Məmmədovaya üzvlük vəsiqəsini YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov təqdim edib.

O, bildirib ki, partiyanın sıraları getdikcə genişlənir: “Gənclərin sayı xüsusilə fərqlənir. Hər il partiyaya 25 min gənc üzv olur. Bu, partiyanın daxilində gəncləşmənin sürətlənməsinin göstəricisidir. Prezident İlham Əliyev də kadr siyasətində gənclərə üstünlük verir. Gənclər partiyamızda əlverişli mühitin olduğunu dərk edirlər. Əminəm ki, gənclər YAP-a qəbulla bağlı verdiyi qərarlarda yanılmırlar”.

Ə.Əhmədov vurğulayıb ki, YAP Milli Məclisdə çoxluq təşkil edən partiyadır, bu da partiyanın uğurudur.

700 minincü vəsiqənin sahibi X.Məmmədova isə ölkə başçısı, partiyanın sədri İlham Əliyevə təşəkkürünü bildirib.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti