Prezident peyğəmbərin tükünü hədiyyə etdi

Prezident peyğəmbərin tükünü hədiyyə etdi
  06 Oktyabr 2015    Oxunub:2446
Bu gün Məhəmməd peyğəmbərin tükü Rusiya paytaxtı Moskvaya gətiriləcək.
Bu barədə AzVision.az “TASS”-a istinadən xəbər verir.

Müqəddəs təbərrükü Moskva məscidinə Çeçenistan prezidenti Ramzan Kadırov hədiyyə edib.

“Təbərrük Moskva "Cümə" məscidinə axşam namazına qədər çatdırılacaq və istəyən şəxslər axşam saatlarına qədər onu izləyə biləcək”, - deyə Rusiya müsəlmanlarının dini idarəsi xəbər yayıb.

Məhəmməd peyğəmbərin saçı zirehli vitrində saxlanılacaq və dini bayramlar zamanı inanclı şəxslərə nümayiş etdiriləcək. Digər vaxtlarda isə onu xüsusi olaraq qorunan ərazidə saxlayacaqlar.

Məlumatda vurğulanır ki, Rusiyada peyğəmbərin üç tükü var. Əfsanəyə görə, əsl tükün kölgəsi olmur və o ətir saçır.

Qeyd edək ki, daha əvvəl Kadırovun Moskva “Cümə” Məscidinə Məhəmməd peyğəmbərin tükünün hədiyyə edəcəyi bildirilirdi. Respublika rəhbəri peyğəmbərin tükünü şəxsən Moskvaya aparmağa hazırlaşırdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti